İdman 11:21 26.08.2023

"Araz-Naxçıvan" ÇL-in qrupunda son matçına çıxır

UEFA Çempionlar Liqasının ilkin mərhələsində "Araz-Naxçıvan" bu gün son oyununu keçirəcək.
 
Qaynarinfo-nun məlumatına görə, təmsilçimiz meydan sahibi "Riqa" ilə qarşılaşacaq. İlk iki oyunu cəzalı olduğuna görə buraxan Felipinyo bu dəfə komandamıza kömək edə biləcək.
 
Oyunu Finlandiya, İtaliya və Kiprdən olan referilər idarə edəcək.
 
18.00. "Riqa” (Latviya) – "Araz-Naxçıvan”

Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Martina Piccolo (İtaliya), Georgios Kozakos (Kipr)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Salaspils İdman Arenası.
 
Səbuhi Həsənov