Xəbər lenti

Arıçı-fermer:
Ölkə 22:10 09.09.2024

Arıçı-fermer: "Əgər təbiətin şıltaqlığı olmasaydı..."

Bakıda bal yarmarkası keçirilir.

Qaynarinfo xəbər verir ki, yarmarka Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. 

Yarmarka sentyabrın 29-na qədər davam edəcək. "Gənclik” metro stansiyasının yaxınlığında fəaliyyət göstərən yarmarkada bir çox bölgələrin balı satışa çıxarılacaq.

Arıçı-fermer Nazim Azadoğlu Qaynarinfo-ya açıqlamasında bu il balın bol olduğunu bildirib:

"İki ildir ki, təbiətin şıltaqlığı ilə əlaqədar yüksək dağlıq ərazilərdə bal yığımında kəskin azalma müşahidə edildi. Amma nisbətən dağ ətəklərinə düşdükcə bal bol olub. Bu il mən arını Qubadlıya apardım. Demək olar ki, əvvəlki illərlə müqayisədə rekord nəticə əldə etdik. Bu günə kimi bizim belə bol balımız olmayıb. Əgər təbiətin şıltaqlığı olmasaydı, bu ilin rekord nəticəsi uzun illər danışılacaqdı. Amma yüksəkliklərdə demək olar ki, bal olmadı".

Fermer qiymətlərdən də bəhs edib:

"Şanın 1 kilosu 45 manata təklif edilir. Süzmə balın bir kilosunun qiyməti isə 40 manatdır".

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->