Xəbər lenti

Arktikada ozonun səviyyəsi rekord həddə çatdı - 1970-ci illərdən sonra ilk dəfə
Dünya 23:17 08.10.2024

Arktikada ozonun səviyyəsi rekord həddə çatdı - 1970-ci illərdən sonra ilk dəfə

Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) amerikalı alimləri Arktika üzərində ozon təbəqəsinin rekord dərəcədə bərpa olunduğunu qeyd ediblər. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Geophysical Research Letters" (GRL) elmi jurnalında dərc olunub.

Mütəxəssislərin fikrincə, 2024-cü ilin martında Şimal qütbü üzərində stratosfer ozonun konsentrasiyası 1970-ci illərdən bəri ən yüksək həddə çatıb.

İlin mart ayında orta ozon səviyyəsi 477 Dobson vahidində (DU) zirvəyə çatıb, 1979-cu ilin martında əvvəlki rekorddan 6 DU və tədqiqat dövrü üçün (1979-2023) orta göstəricidən 60 DU yuxarı olub. Arktika üçün gündəlik rekord səviyyələr təxminən ayın yarısı ərzində müşahidə olunub, martın 20-də isə ən yüksək 499 DU müşahidə edilib.

Sentyabrda orta səviyyədən yuxarı ozon səviyyələri davam edib.

Alimlər qeyd ediblər ki, ozon təbəqəsinin bərpası iqlim dəyişikliyi prosesləri ilə bağlı olub. Atmosferdə artan qış isti burulğanları Arktika ətrafındakı qütb burulğanını ləngidib və orta enliklərdən gələn havanın bölgəyə adi haldan daha çox ozon gətirməsi ilə nəticələnib.

Önümüzdəki illərdə karbon qazı emissiyalarının artacağı proqnozlaşdırıldığı üçün tədqiqatçılar Şimal qütbünə ozonun axınının davam edəcəyinə inanırlar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->