Xəbər lenti

Arvadının boğazını kəsən danışdı: "Beynim döndü..."
Ölkə16:21 17.02.2015

Arvadının boğazını kəsən danışdı: "Beynim döndü..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Romi” motelində keçmiş həyat yoldaşını qətlə yetirən 1980-ci il təvəllüdlü Zöhrab İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib. 
Qaynar.info APA TV-yə istinadən xəbər verir ki, o, keçmiş arvadını 9 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilir. Onlra rəsmi şəkildə boşansalar da, 1988-ci il təvəllüdlü Vəfa Abdullayeva keçmiş həyat yoldaşı və uşaqları ilə bərabər Zöhrab İsmaylovun evində yaşayırmış. Təqsirləndirilən şəxsin sözlərinə görə,  keçmiş həyat yoldaşını başqa bir maşına oturaraq motele getdiyinin şahidi olub: 
“Kənardan baxdım, gördüm çay gəldi otağa, içəri girdim. Beynim döndü, neçə bıçaq vurduğumu bilmirəm”.   
Tibbi ekspertin verdiyi rəyə görə, bıcaq zərbələrindən 7-si qadının kürək nahiyəsindən vurulub: “Öldürmək fikrim olmayıb. Öldürən olsaydım, bu neçə ayın içində vurardım”.
Faktla bağlı Abşeron rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Qaynar.info