Xəbər lenti

Asim Mollazadə Berlinə getdi
Ölkə05:49 28.01.2014

Asim Mollazadə Berlinə getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Berlinə gedib.

Partiyadan Qaynar.info-ya verilən məlumata görə, Asim Mollazadə Almaniyanın Robert Bosch və ABŞ-ın Alman Marşall fondlarının dəvətilə II Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Berlinə gedib.

İsveçin xarici işlər nazirliyinin dəstəyilə keçirilən forumda regionun vacib strateji istiqamətləri, o cümlədən, iqtisadi potensialı, sosial və mədəni irsi, çoxsaylı problemləri müzakirə olunacaq. Burada ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, AB-nin Şərq tərəfdaşları, həmçinin Azərbaycan, Ermənistan və Gürcüstandan olan strateqlər, məşhur siyasətçilər iştirak edəcəklər. Onlar Cənubi Qafqazın geostrateji potensialı, bölgənin siyasi və təhlükəsizlik problemləri, ticarət və infrastrukturu, potensial inkişaf istiqamətləri və cari islahatları ətrafında konstruktiv fikir mübadiləsi aparacaqlar.

Qaynar.info