Xəbər lenti

Ağstafada qəza: Xəsarət alanlar var
Ölkə06:25 26.11.2017

Ağstafada qəza: Xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. "VAZ 2106” və "VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində kənd sakini 1995-ci il təvəllüdlü Kamran Salahov bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Qəza zamanı 1985-ci il təvəllüdlü Vaqif Namazov isə yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.