Xəbər lenti

Avropa Parlamentində Azərbaycana qarşı təxribat - FOTOLAR
Ölkə11:41 07.10.2013

Avropa Parlamentində Azərbaycana qarşı təxribat - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Deputatlar Brüsseldəki qalmaqallı tədbirdən danışdılar. 

Oktyabrın 3-də Milli Məclisdə deputatlar Fuad Muradov, Asim Mollazadə və Çingiz Əsədullayev mətbuat konfransı keçirib. ANN.Az xəbər verir ki, mətbuat konfransı Avropa Parlamentində təşkil olunmuş "Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?” adlı seminarda Azərbaycana qarşı planlaşdırılmış təxribata həsr olunub.

Deputat Fuad Muradov bildirib ki, Avropa Parlamentində təşkil olunmuş seminar "Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?” adlansa da, əslində tədbirin mahiyyəti Azərbaycanın əleyhinə olub. Deputat qeyd edib ki, onlar seminarda etnik separatizm, ora dəvət olunan bəzi separatçı təşkilatların Azərbaycanda etnik ayrı-seçkiliklə bağlı müzakirələrin edildiyini görüb  təəccübləniblər: "Guya Azərbaycanda etnik ayrı-seçkilik baş alıb gedir, milli azlıqların hüquqları pozulur və s. Burada məqsəd Azərbaycanı Avropaya inteqrasiya yolundan separatizm vasitəsilə döndərməkdir. Bunun təxribat olduğunu bildirdik. Təbii ki, biz seminarın adına uyğun olmayan bu müzakirələrin keçirilməsinə etiraz etdik və Azərbaycana qarşı bu iddiaların əsassız olduğunu bildirdik"

Deputat əlavə edib ki, belə bir vəziyyətlə üzləşmələrini heç də təsadüfi hesab eləmirlər: "Bu ilin noyabrında Vilnusda Şərq tərəfdaşlığı proqramı ölkələrinin sammiti keçriləcək. Azərbaycanın da orada iştirakı planlaşdırılır. Azərbaycanın Avropa ilə starteji əməkdaşlığı ilə bağlı mühüm sənədlər imzalanan məqamda həmişə belə maneələr təşkil olunur. Bu isə müəyyən maraqlı dairələrin planlaşdırılmış addımıdır".

Deputat Asim Mollazadə vurğulayıb ki, Vilnusda Azərbaycanın bir sıra mühüm sənədləri imzalayacağı gözlənilir. Deputat əlavə edib ki, bu sırada vizaların sadələşdirilməsi məsələsi də var: "Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlıq sənədinin hazırlanması üzərində iş gedir. Məhz belə həssas məqamda Avropa Parlamentində bu tədbirin təşkil olunması uzağa gedən nəticələrdən xəbər verir".

Asim Mollazadənin sözlərinə görə, bu gün Ermənistan Gömrük İttifaqı sənədini imzalamaqla faktiki Avropa ilə əməkdaşlıqdan kənarda qalıb: "Odur ki, Bakının Avropa ilə belə isti əlaqələri bir sıra dairələrin xoşuna gəlmir və bu əlaqələri əngəlləmək yolunda fəaliyyətə keçiblər. "Bu tədbirə "ləzgi mədəni muxtariyyəti”nin rəhbəri Akif Kərimov, Kişiyev dəvət olunmuşdu. Hətta elan etdilər ki, "Talış Muğan Respublikası”nın "prezidenti” Ələkram Hümbətov Ermənistanda olduğu üçün iştirak edə bilmir. Mən tədbirdə çıxışım zamanı bildirdim ki, Azərbaycanda azsaylıq xalqların hüquqları dövlət səviyyəsində qorunur, müxtəlif sənədlər imzalanıb və hər hansı etnik zəmində münaqişə yoxdur. Bu tədbirlərin keçrilməsində əsas məqsəd Azərbaycanı Avropaya inteqrasiyadan kənarda qoymaqdır". 

Öz açıqlamalarında deputatlar qeyd ediblər ki, seminarda iştirak edən seperatçı təşkilatların rəhbərlərinə çıxış etmək imkanı yaradılsa da, azərbaycanlı deputatlara bir dəqiqəlik reqlament qoyulub. Gərgin şəraitdə keçən seminarda ləzgi və digər təşkilatların nümayəndələri Azərbaycan deputatlara sayqısızlıq nümayiş etdirilib və onlar Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış ediblər. 

Deputat Asim Mollazadə tədbirdən sonrakı mənzərənin onda qürur hissi yaratgdığını deyib: "Tədbir başa çatdıqdan sonra çölə çıxdıqda yüzlərlə Azərbaycan vətəndaşının "Xocalıya Ədalət", "Qarabağa Ədalət" şüraları ilə aksiya keçirdiklərinin şahidi olduq. Bu bizim üçün çox mühüm bir mənəvi dəstək idi. Mollazadə həmçinin qeyd edib ki, bu dinləmələri təşkil edən insanların əsas məqsədi Azərbaycanla, Avropa və Avrones arasında olan yaxşı münasibətləri korlamaq idi. Amma mən tam əminəm ki, onlar buna nail ola bilmədilər. Və bu cür oyunlarla da heç vaxt nəyəsə nail ola bilməyəcəklər".

Qaynar.info