Xəbər lenti

Avropada yeni uzaqmənzilli raket hazırlanır - ELSA nədir?
Dünya 19:01 30.10.2024

Avropada yeni uzaqmənzilli raket hazırlanır - ELSA nədir?

Avropa ölkələrinin yeni uzaqmənzilli raket (ELSA) yaratmaq təşəbbüsü Rusiyanın Ukraynaya qarşı müharibəsindən öyrənilmiş bir dərsdir.

Qaynarinfo "Breaking Defence"yə istinadən xəbər verir ki, bunu İsveç müdafiə naziri Paul Yunsson deyib.

Onun sözlərinə görə, dərs ondan ibarətdir ki, uzaq mənzilli zərbə imkanları döyüş meydanında getdikcə daha çox əhəmiyyət kəsb edir və təbii olaraq daha güclü hava hücumundan müdafiə imkanları ilə bağlıdır.

NATO-nun silahlara nəzarət üzrə keçmiş direktoru Uilyam Alberk bildirib ki, bu təşəbbüs həm də alyansın uzaqmənzilli zərbə imkanlarında böyük boşluqların olduğunun dərk edilməsinin nəticəsidir.

Nəşr xatırladıb ki, ELSA layihəsi 2024-cü ilin iyulunda Fransa, Almaniya, İtaliya və Polşa tərəfindən irəli sürülüb. Sonradan onlara Böyük Britaniya və İsveç də qoşulub.

Layihə 1000-2000 kilometr mənzilli yerüstü qanadlı raketin hazırlanmasını nəzərdə tutur. Uilyam Alberk raketin çox güman ki, bütün alyans təyyarələri, qanadlı raketləri buraxa bilən bütün suüstü gəmiləri və quruda yerləşən sadə buraxılış qurğuları ilə uyğunlaşacağını bildirib.

İsveçin müdafiə naziri qeyd edib ki, ELSA layihəsinin öz bəhrəsini verəcəyi tarixlər barədə danışmaq hələ tezdir. Eyni zamanda, o əlavə edib ki, layihənin həyata keçirilməsində "Saab" və MBDA kimi şirkətlərin sənaye rolunu görür.

Xatırladaq ki, yaxın bir neçə ildə Almaniya Müdafiə Nazirliyi 600 müasir "Taurus Neo" qanadlı raketi almağı planlaşdırır və bunun üçün təxminən 2,3 milyard dollar ayırıb. Bildirilib ki, ilk çatdırılma 2029-cu ilə nəzərdə tutulub. Ölkənin Müdafiə Nazirliyi "Tornado" təyyarələrinin istismardan çıxarılmasından sonra raketin "Eurofighter" qırıcıları ilə mümkün inteqrasiyasını da planlaşdırır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->