Ekonomiks 21:22 01.07.2022

Avrozonada rekord inflyasiya qeydə alındı

Avrozona ölkələrində inflyasiya səviyyəsi son iyirmi ildə ən yüksək həddə çatıb və bunun əsas səbəbi enerji qiymətlərindəki sıçrayışdır.

Qaynarinfo bu barədə "Dw"yə istinadən xəbər verir.

Avrozona ölkələrində inflyasiyanın səviyyəsi iyunda 8,6 faizə çatıb ki, bu da 1991-ci ildə bu zonanın yaradılmasından və avronun milli valyutalarla əvəzlənməsindən bəri ən yüksək səviyyədir.

Bu vəziyyətin əsas səbəbi Rusiyanın Ukraynaya hücumundan sonra enerji böhranı və enerji daşıyıcılarının qlobal qiymətinin kəskin artmasıdır.

Cümə günü, iyulun 1-də Avrozona Statistika İdarəsi ötən ay inflyasiya ilə bağlı ilkin qiymətləndirməsini təqdim etdi ki, bu da iqtisadi ekspertlərin əvvəlki təxminlərindən 0.3 faiz çoxdur.

Avrozona ölkələrində keçən ay orta inflyasiyanın səviyyəsi əvvəlki ayla müqayisədə yüzdə yarım, may ayı ilə müqayisədə isə 1.2 faiz çoxdur.

Avrozona Statistika İdarəsinin məlumatlarına görə, iyun ayında enerjinin qiyməti keçən ilin eyni ayına nisbətən təxminən 42%, əvvəlki ayla müqayisədə təxminən iki faiz artıb.

İyun ayında emal olunmamış qida məhsullarında inflyasiya 11%-dən bir qədər çox, xidmət sektorunda isə 3,5 faizə yaxın olub.

Avrozona ölkələrində artan qiymət artım tendensiyası əksinə, Almaniyada bu tendensiya səngiyib.
Almaniyada iyun ayında keçən ilin eyni ayına görə inflyasiya nisbəti 7,6%, əvvəlki aya görə isə 0.3 faiz az olub.

Qeyd edilir ki, Avrozonaya Avropa İttifaqının 19 üzv dövləti daxildir, lakin bu zonadan kənarda olan bir neçə başqa ölkə də avronu milli valyuta kimi əvəz edib.

M.Arif