Ekonomiks 23:44 22.05.2022

Avstriya rusiyalı biznesmenlərin hesablarını dondurdu

Avstriya Avropanın Rusiyaya qarşı sanksiyaları fonunda rusların 97 hesabdakı 254 milyon avro məbləğində aktivlərini dondurub.

Qaynarinfo-nun məlumatına görə, bu barədə ORF telekanalı kansler ofisinin sənədlərinə istinadən xəbər verib.

Telekanalın məlumatına görə, Rusiya aktivlərinin axtarışını Daxili İşlər Nazirliyi yanında Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsinin tərkibindəki işçi qrup digər idarələrlə birlikdə həyata keçirir.

Mayın sonunda bu cür aktivlərin axtarışını asanlaşdırmaq üçün yeni hesabat sistemi istifadəyə veriləcək.