Xəbər lenti

Ölkə 18:10 10.11.2023

Avtobus sürücüsünə hökm oxundu

Bakıda piyadanın ölümünə səbəb olan 194 saylı marşurut xəttinin sürücüsünün barəsində məhkəmə qərar verib.
 
Qaynarinfo-nun məlumatına görə, 10 avqust 1972-ci ildə Bakı şəhərində anadan olan Babayev Rafət İmanxan oğlu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, bu ilin iyunun 21-də saat 21:50-də Babayev Rafət İmanxan oğlunun etibarnamə əsasında idarə etdiyi 194 saylı "Daewoo BC090” markalı avtobusla yolun qoşa xəttin ortasında dayanan piyada 1991-ci il təvəllüdlü Muradov Sərxan Rizvan oğlunu vuraraq ağır xəsarət yetirib. Hadisə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli-Sədərək yolunda "Azgranata” mağazasının qarşısında qeydə alınıb. Nəticədə Sərxan Muradov aldığı xəsarətlərdən iyunun 25-də müalicə aldığı Kliniki Tibbi Mərkəzdə (KTM) vəfat edib. 

Məlum olub ki, mərhum Sərxan Muradov bu ilin may ayında Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan atası Rizvan Muradovu Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Moskvaya yola salıb və ondan təkidlə bir neçə günlük Bakıdakı evində tək qalmasını istəyib. Atası onun Bakıda qalmasına icazə verib və nəticədə bir ay sonra sözügedən faciə baş verib.
 
Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->