Quba şəhəri ərazisində "Lada Priora" markalı avtomobilin işıq dirəyinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi Quba şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Küçədə hərəkətdə olan 90 RH 872 qeydiyyat nişanlı “Lada Priora” markalı avtomobil idarəetməni itirərək səkiyə və işıq dirəyinə çırpılıb. Zərbənin gücündən işıq dirəyi nəqliyyat vasitəsinin üzərinə aşıb. Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Quba MRX-na çatdırılıb. Onlardan 1-i ambulator müalicəyə buraxılsa da, digər 2 nəfərin vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin ehtimala görə, qəza yüksək sürət səbəbindən baş verib. Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır. Qaynar.info