Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ədliyyə Nazirliyini mhəkəməyə verib.
Qaynarinfo xəbər verir ki, partiyanın iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Səlma Salahova iş üzrə hakim təyin edilib.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
AXCP sədrinin müavini Seymur Həzi məhkəmə çəkişməsi ilə bağlı təfərrüatları Qaynarinfo-ya açıqlayıb:
"Partiya sonuncu qurtultayının sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Lakin nazirlik qurultayın sənədlərini kompleks şəkildə geri qaytarıb. Bu həm qanunaziddir, həm də partiya tarixində bir ilkdir. O mənadakı partiyanın bütün sənədləri geri qaytarılıb. Bütün sənədlərinin geri qaytarılması nonsesdir. Bunun heç bir izahı yoxdur. Bu addım qurultayın bütün qərarlarını tanımamaq deməkdir. Belə bir şey olmayıb. Qurultay bir hissədən ibarət deyil, böyük bir prosesdir və onun hər addımı ilə bağlı ayrıca protokollar və qərarlar var. Nazirlik bunların hər birinə ayrıca qiymət verməlidir. Lakin çox təəssüf ki, bunun əksi baş verib. Ona görə də partiya bu məsələni məhkəmədə mübahisələndirib".
Seyid
Şərhlər