Xəbər lenti

Axır çərşənbədə yağış yağacaq
Ölkə10:54 18.03.2013

Axır çərşənbədə yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında martın 19-da hava şəraitinin buludlu, arabir yağıntılı keçəcəyi, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Şimal küləyinin sürəti 10-15 m/s, gecə və səhər arabir 18-20 m/s, gündüz isə cənub küləyinin sürəti 8-13 m/s olacaq.

Havanın temperaturunun gecə 4-7, gündüz 9-14, bəzi yerlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 19-da hava şəraitinin arabir yağıntılı olacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info