Xəbər lenti

Ayxan Abbasov
İdman 22:40 29.05.2024

Ayxan Abbasov "Turan Tovuz" klubundan ayrılmasının səbəbini açıqladı

Ayxan Abbasov "Turan Tovuz" klubundan ayrılmasının səbəbini açıqlayıb.

42 yaşlı mütəxəssis report-a açıqlamasında komandadan ayrılmaq təklifinin "Turan Tovuz" rəhbərliyindən gəldiyini bildirib.

"Kəpəz"ə qarşı mövsümün sonuncu oyununu keçirdik. Daha sonra klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev tərəfindən yeni planlarının olduğu bildirildi və ayrılmağımla bağlı fikir irəli sürüldü. Bildirməliyəm ki, "Neftçi"dən təklif almamışam. "Turan Tovuz" isə qarşıma hansısa ciddi məqsəd qoymamışdı", - deyə A.Abbasov söyləyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->