"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus yük qatarında yanğın olub.
		
 
Qaynarinfo  Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Saatlı şəhərində Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən 8 ədəd vaqondan ibarət yük qatarının bir vaqonunda taxta şpal yanıb. Teplovoz və digər vaqonlar yanğından mühafizə olunub.
	
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
             
            
Şərhlər