Maqazin 15:46 15.11.2022

Azərbaycan filmləri üçün göz yaşı tökən azyaşlıya “Hozu”dan möhtəşəm jest (VİDEO)

Bir neçə gündür sosial şəbəkələrdə yayılan video, qısa zaman ərzində hər kəsin maraq dairəsinə düşüb.

Qaynarinfo xəbər ki, atanın çəkdiyi görüntülərdə, Akif adlı oğlu Azərbaycan dilində filmlərin olmamasından şikayətlənərək ağlayıb.

Sosial şəbəkələrdə yayılan və qısa müddət ərzində böyük izləyici sayı toplayan bu görüntüləri görən "HOZU Cangüdən” filminin məşhur siması Məcid Hüseynov, azyaşlıya böyük jest edib.

Belə ki, məşhur sima azyaşlını və ailəsini 1 noyabr-dan kinotetarlarda işıq üzü görən "HOZU cangündən” filminə baxmağa dəvət edib:

"Əminin balası, diqqətlə qulaq as, Azərbaycan dilində "HOZU cangüdən” film var. 20 noyabr, yəni, həftənin bazar günü, saat 18:30-da, sizi ailəvi olaraq dəvət edirəm Metropark-a. "HOZU cangüdən” filminin imza günü olacaq. Gəlin, birlikdə bu filmə baxaq. Sənin də 5 biletini əmi alacaq. Gözləyirəm”.

Qeyd edək ki, "HOZU cangüdən” filmini, "Park Cinema”, "Nizami Kinoteatrı”, "Aygün Mall”, "Park Bulvar” və "Metropark” kinoteatrlarında izləyə bilərsiniz.

Ətraflı video görüntüdə: