XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı
Ekonomiks09:47 07.10.2026

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,93 dollar və ya 3,15% azalaraq 120,68 ABŞ dolları olub. Azərbaycan neftinin əvvəlki qiyməti 124,61 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 123,91 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,93 ABŞ dolları və ya 3,45 % azalaraq 109,88 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.