Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.42 dollar və ya 0.42% azalaraq 100.78 ABŞ dolları təşkil edib.
Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin noyabr fyuçersləri 93,88 ABŞ dollarına satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şərhlər