XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan yeni mərmiatan dron istehsal edib (FOTO)
Ölkə17:21 30.09.2026

Azərbaycan yeni mərmiatan dron istehsal edib (FOTO)

Azərbaycan yeni mərmiatan dron istehsal edib.

"Report" xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir.

"Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədilə hazırlanıb.

Dronun üzərində kaset tipli sistem vasitəsilə müxtəlif çaplı sursatların yerləşdirilməsi mümkündür.

Təqdim olunan məlumata görə, dron 60 millimetrlik 10 ədəd, 80 millimetrlik 6 ədəd mərmi və 12 ədəd əl qumbarası daşıya bilir.

Dronun aşağı hissəsində yerləşdirilən kamera vasitəsilə operator ərazini və hədəfi müşahidə edir. Hədəf müəyyənləşdirildikdən sonra sursatlar drondan buraxılır və aparat tapşırığı yerinə yetirdikdən sonra geri qayıdır.