XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Yaponiya Azərbaycana yeni səfir təyin etdi
Siyasət15:58 30.09.2026

Yaponiya Azərbaycana yeni səfir təyin etdi

Tokuo Furuya Yaponiyanın Azərbaycandakı yeni səfiri təyin olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov bildirib.

Talıbov yaponiyalı həmkarını təyinatı münasibətilə təbrik edib və ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

"Biz iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə çalışmağa razılaşdıq", - diplomat qeyd edib.