Xəbər lenti

Azərbaycan yollarında qırğın davam edir: 7 ölü, 28 yaralı
Ölkə09:25 30.08.2014

Azərbaycan yollarında qırğın davam edir: 7 ölü, 28 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son sutka ərzində respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş verib.

 Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə 7 nəfər ölüb, 28 nəfər yaralanıb. 

Ən ağır yol qəzası Tovuzda baş verib. Bakı-Qazax magistralının bu rayondan keçən hissəsində "Mercedes" markalı minik avtomobilinin yük maşınına çırpılması 2 qardaşın həyatına son qoyub. 

Hər bir faktla bağlı araşdırmalar aparılır.

Qaynar.info