Xəbər lenti

Azərbaycan yollarında yalançı yol polisi maşınları (FOTOLAR)
Ölkə14:36 27.07.2019

Azərbaycan yollarında yalançı yol polisi maşınları (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən başlayaraq Azərbaycanın bir sıra magistral yollarında yol polisi maşınlarının maketləri quraşdırılıb.
Qaynarinfo xəbər verir ki, artıq bir çox yollara bu maketlərdən qoyulub və bununla sürücülər aldadılaraq sürət həddini aşmamağa məcbur edilir.
Hazırda həmin maketlərin Kürdəmir rayonu ərazisində quraşdırılması işi aparılır. Bu haqda saytımıza xəbər verən hadisə şahidləri bildiriblər ki, hətta gecələr bu "maşınların” üstündə  sayrışan işıqlar olacaq.
Yol polisi rəhbərliyinin belə bir addım atmasına səbəb isə sürücüləri qarşıda yol polisi olduğu mesajı ilə aldadaraq onları qayda pozmaqdan çəkindirməkdir.