Ölkə 20:58 24.04.2023

Azərbaycanda film kimi oğurluq: Qadın Ağcəbədidən Gəncəyə qədər...

Ağcəbədidən Gəncəyə qədər marketlərdən kolbasa və yağ oğurlayan qadın saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, 1968-ci il təvəllüdlü Zemfira (şərti) Ağcabədi rayonundan Gəncə şəhərinə gedərkən Bərdədə avtobusdan düşüb, su almaq üçün marketə daxil olub. Qadın marketdən 4 ədəd 1 kq yağı oğurlamaq məqsədi ilə götürərək paltarının arasında gizlədib. Mağazadan çıxaraq oğurladığı yağı bazarda tanımadığı şəxsə 1 ədədini 10 manata satıb. 

Zemfira yolboyu eyni şəbəkənin başqa bir mağazasına daxil olub və obyektdə nəzarətin zəif olduğunu görərək eyni üsulla kolbasa və yağ oğurlayıb, yenə tanımadığı şəxsə satıb.

Məhkəmə Zemfiranı təqsirli bilərək, barəsində 23 günlük inzibаti həbs tənbehi tətbiq edib.

Əhməd