Xəbər lenti

Azərbaycanda yeni yayılan virusdan necə qorunaq? - Nazirlikdən cavab
Sağlamlıq 14:41 03.06.2025

Azərbaycanda yeni yayılan virusdan necə qorunaq? - Nazirlikdən cavab

Son günlər əhali arasında qrip əlamətlərini daşıyan - boğaz ağrısı, tempuratur, halsızlıq, ishal kimi infeksiya yayılıb. Bu hal daha çox immumteti aşağı olan insanlarda müşahidə olunur.

Bəs bu infeksiya nədir, bu halda nə etməli?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov Lent.az-a bildirib ki, bu cür xəstələnmə halları tez bir zamanda sağalır, xüsusi müalicə tələb etmir:

"Bu tip xəstəliklər hazırda müxtəlif kəskin respirator virus infeksiyaları tərəfindən törədilir. Onların bir neçəsi il boyu rast gəlsə də, bəziləri müəyyən fəsilliyə malikdir. Bu infeksiyalara adenoviruslar, rinoviruslar və başqaları aiddir. Az da olsa koronavirusa yoluxmalar  qeyd olunur. Bu cür xəstələnmə halları adətən fəsadsız keçir, tez bir zamanda sağalır, xüsusi müalicə tələb etmir. 

Hərarət 3 gündən çox davam edərsə və ya əlamətlər dərinləşərsə, yalnız bu halda həkimə müraciət edilməlidir

Körpə uşaqlar, hamilə qadınlar, ahıl yaşlı və immundefisitli şəxslər həkimə ilk gündən müraciət etməlidirlər. Qorunmaq tədbirləri qrip və digər hava-damcı yolu ilə yoluxan infeksiyalarda olduğu kimidir”

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->