Xəbər lenti

Azərbaycanda yerləşən qədim Alban kilsələri: Ağoğlan (FOTO)
Ölkə14:45 16.11.2020

Azərbaycanda yerləşən qədim Alban kilsələri: Ağoğlan (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan - Qafqaz Albaniyasının tərkib hissəsi olub. Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.

Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər - alban xristian dini abidələri yaradılıb.

Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlər bu abidələrin bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən fərqləndiyini bildirib. Həmin abidələri bütün tarixi sübutlara görə, xalqımızın milli mədəni irsinə aiddir.

Həmin abidələr sırasında Laçın rayonunda yerləşən Ağoğlan monastrı, Kəlbəcər rayonunda Xudavəng monastrı, Xocavənd rayonunda Amaras monastrı, Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksini, Ağdərə rayonunda Gəncəsər monastırlarını göstərmək olar.

Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu olmuşdur. Ona görə də bir çox tarixçilər alban memarlığından danışarkən "Alban-türk memarlığı" ifadəsini işlədirlər ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan bu tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi.

Lakin Qafqazda köklü tarixləri olmayan ermənilər burada süni şəkildə öz tarixlərinin izlərini yaratmaq məqsədi ilə Alban abidələrini mənimsəmək, milli mənsubiyyətini dəyişmək yolunu tutublar. Ən çox mənimsənilməyə məruz qalan abidələr isə xristianlıq dövrü abidələridir. Bu da ondan irəli gəlir ki, bu tipli abidələr üzərindəki xristian dininin rəmz və simvolları, eləcə də daş və divar rəsmləri içərisindəki buna bənzər rəsm nümunələrini əsas götürərək bunları erməniləşdirməyə çalışırlar. Bu da öz növbəsində tarixin saxtalaşdrılmasına gətirib çıxarır.

Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A. Çavçavadze "Ermənilər və qan ağlayan daşlar" əsərində dolğun şəkildə əks etdirmişdi. O yazır: "...Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını "Hay ölkəsi"– Şərqi Ermənistan adlandırırlar". Lakin tədqiqatçılar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir. Belə ki, Azərbaycan ərazilərindəki Alban-xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir. Xristianlıq dövrü alban abidələrinin ermənilər tərəfindən mənimsənilməsinin bir səbəbi də, Rusiyanın köməyi vasitəsi ilə 1836-cı ildə Alban Apostol kilsəsinin ləğv edilərək Erməni Qriqoryan kilsəsinə tabe edilməsidir. Rusiya çarlarının Qafqazdakı siyasəti, ermənilərə verdikləri önəm nəticəsində Alban kilsələrinin mərkəzi əsassız olaraq ermənilərin qriqoryan kilsəsinə verildi. Bununla da Alban dini rəhbərliyi Eçmiədzinə köçürüldü.

Qaynarinfo bu gün həmin abidələrdən birini - Ağoğlan monastr kompleksini təqdim edir:

Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid bazilikadır. Monastır Sünik vilayətinin on iki havarından biri olan Axaeçk havarının ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır.

Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur.

Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir. Altar yaxşı ifadə edilmiş tağlar və konxa ilə örtülmüşdür. Altar apsidası altında mərkəzi nefə açılan, tağvari formaya mülik üç xor yeri vardır. Altar və apsidaya yaxın tikili hissələrinin aşağı tərəfi yaxşı kəsilmiş bazaltdan, divarların yuxarı hissəsi, müstəqil dayanan pilonlar, həmçinin tağvari örtüklər tufdan inşa edilmişdir.