Xəbər lenti

Azərbaycanda yollar buz bağladı, yük maşını aşdı - FOTO
Ölkə09:08 21.02.2016

Azərbaycanda yollar buz bağladı, yük maşını aşdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağsu, Şamaxı, Qəbələ, Göyçay və İsmayıllı rayonlarına yağan güclü qar nəticəsində Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı-Qəbələ, Göyçay-İvanovka-İsmayıllı yollarının bəzi yerlərində nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Qaynar.info azvision.az-a istinadən xəbər verir ki, Ağsu aşırımı buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib.
Yolun buz bağlaması qəzaya səbəb olub. Şamaxı yolunda "Qazel” markalı yük maşını buzlu yolda sürüşərək yol kənarına aşıb. Sürücü xəsarət alıb.
Hazırda bu yollarda çox az sayda avtomobil hərəkət edir.
Qaynar.info