Xəbər lenti

Azərbaycanlı "Instagram" söhbətinə görə Türkiyədə qətl törətdi
Ölkə04:44 21.12.2021

Azərbaycanlı "Instagram" söhbətinə görə Türkiyədə qətl törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İstanbul şəhərində azərbaycanlı Nəbi B. adlı şəxs mübahisə zəminində qətl törədib.
Qaynarinfo xəbər verir ki, hadisə dekabrın 16-da qeydə alınıb.
Belə ki, Yasin Semih Demirok adlı şəxs sevgilisinin instaqram hesabında Nəbinin adının axtarış bölməsində olduğunu görüb. Sevgilisini qısqanan Yasin, bundan sonra Nəbi ilə özü yazışmaya başlayıb. Nəticədə tərəflər parkda görüşüblər. Bu zaman Yasin iki dostu ilə gəlib. 
Mübahisə anında Türkiyə vətəndaşı dostlarından aralaşmasını istəyib. Mübahisənin davamında isə Nəbi silahla Yasini sinəsindən vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Nəbi isə hadisə yerindən qaçıb.
Məlumata görə, Azərbaycan vətəndaşı Türkiyədə qadın bərbəri kimi fəaliyyət göstərirmiş. Polis hadisə yerindən qaçan Nəbini axtarır.