Xəbər lenti

Azərbaycanlı zəvvarlar sabahdan başlayaraq Ərafata çıxacaq
Ölkə18:50 28.08.2017

Azərbaycanlı zəvvarlar sabahdan başlayaraq Ərafata çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı zəvvarların vəziyyəti yaxşıdır, sağlamlıqları ilə bağlı narahatlıq yoxdur. "Qaynarinfo"a xəbər verir ki, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Məlumatda qeyd olunub ki, azərbaycanlı zəvvarların bir hissəsi avqustun 29-da gecə saatlarında, digər hissəsi isə avqustun 30-u gecə saatlarında Ərafata çıxacaq.

Avqustun 31-də isə Ərəfat vəqfəsi həyata keçiriləcək, əsas Həcc ayinlərinin icrasına başlanılacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.

Qaynarinfo.Az