Xəbər lenti

“Azərbaycanlılar Ermənistana qayıdacaq, amma...” - Ekpert
Siyasət 16:25 01.12.2023

“Azərbaycanlılar Ermənistana qayıdacaq, amma...” - Ekpert

"Paşinyan hakimiyyətinin qaçqın düşən azərbaycanlıların ölkəyə geri qaytarmağa hazırlaşdığı barədə açıqlaması həqiqətə uyğun deyil. İrəvan humanist, sülhpərvər olduqlarını göstərmək üçün belə gedişlər edir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev deyib. 

Ekspert bildirib ki, Ermənistan Azərbaycana qarşı informasiya müharibəsini davam etdirir:



"İrəvan dünya ictimaiyyətinə özlərinin guya daha humanist, sülhpərvər olduqları obrazını formalaşdırmağa çalışır. İrəvan sözdə sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edir. Azərbaycanlıların Ermənistana qayıtmaları barədə verilən bəyanatlar da İrəvanın kənara hesablanmış informasiya müahribəsinin tərkib hissəsidir. Əslində isə bu proses elə də asan məsələ deyil. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmadan həmin prosesə start verilməsi də mümkünsüzdür. Yalnız sülh müqaviləsi imzalandıqdan sonra, azərbaycanlıların Ermənistana hansı halda və necə qayıdışı məsələsi müzakirə mövzusu ola bilər. Ancaq bu halda da proses illərlə uzanacaq. Bu mənada ermənilərin bu açıqlamasının səmimi olduğuna inanmıram. İrəvan bir şeyə məcbur edilmədiyi halda, ona getmir. Ona görə də 44 günlük müharibədə olduğu kimi, onu məcbur etmək lazımdır”. 
 
Həmsöhbətimiz bildirib ki, Ermənistan qoşunları məcbur qalaraq Qarabağdan çıxdılar:

"Sülh müqaviləsini imzalamağa da məcbur olacaqlar. Azərbaycanlıların Ermənistana qayıdışı prosesi gələcəkdə reallaşacaq. Ancaq bu proses İrəvanın istəyindən asılı olaraq deyil, Azərbaycanın istəyindən asılı olaraq baş verəcək”.

Qeyd edək ki, teleqraf.com-un məlumatına görə, erməni politoloq Tatevik Ayrapetyan Ermənistan rəhbərliyinin azərbaycanlıların ölkəyə qayıtmalarına hazırlaşdığını deyib:

"Nikol Paşinyanın göstərişi ilə komanda yoldaşları artıq Qərbi Azərbaycan konsepsiyasının təqdimatına keçiblər. Qulağımıza pıçıldamağa başlayıblar ki, nə  vaxtsa azərbaycanlılar qayıdacaqlar, bu, normaldır", deye ekspert bildirib.

Ayrapetyanın iddiasına görə, Ermənistan rəhbərliyinin bu siyasəti onun gözlədiyindən də sürətlə həyata keçirilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->