XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Azəriqaz" Samux sahibkarlarının problemini dinləyəcək
Ölkə15:57 18.10.2021

"Azəriqaz" Samux sahibkarlarının problemini dinləyəcək

"Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası bu dəfə Samux rayonunda təşkil olunacaq.
Bu barədə Qaynarinfo-ya qurumdan məlumat verilib.
Məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri rayonun Nəbiağalı qəsəbəsində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
"Səyyar qəbul otağı” oktyabrın 20-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.