“Azərişıq” Şuşada beynəlxalq konfrans keçirdi (FOTO/VİDEO)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Paylayıcı şəbəkələrin rəqəmsallaşdırılmasının dünəni-bugünü-sabahı”adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Qaynarinfo xəbər verir ki, "Azərişıq” ASC-nin mədəniyyət paytaxtımız Şuşada təşkil etdiyi konfransdan öncə tədbir işitirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Konfransda dövlət qurumlarının rəsmiləri yanaşı, Türkiyə, Almaniya, Belçika, Rusiya, Qırğızıstan və Tatarıstan Respublikasından gələn nümayəndələr iştirak etdilər.
Konfransı giriş sözü ilə açan "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 1970-80-ci illərdə elektroenergetika sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar, indi də bu sistemdə və şəbəkələrinin rəqəmsallaşdırılmasında sağlam təməl rolunu oynayır.
Konfrans iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə ölkə başçısının xüsusi diqqət və nəzarəti altında aparılan genişmiqyaslı yenidənqurma işləri, elektroenergetika sahəsinin müasir tələblər əsasında qurulması haqqında da geniş məlumat verilib.
Qonaqlar arasında yer alan keçmiş mer Oleq Burdaqin maraqlı faktı açıqlayıb. O bildirib ki, Sovet dövründə siyasi hakimiyyətdə olan Heydər Əliyev tərəfindən Narinsk şəhərinin meri təyin edilib. Tədbirin əhəmiyyətinə də toxunan Oleq Budarqin Şuşada keçirilən beynəlxalq konfransı Davos Dünya İqtisadi Forumu ilə müqayisə edib.
AIN_Error::errorHandler(8, "Trying to access array offset on value of type bool", "file/cache/template/frontend_qaynar_module_qaynar_template_controller_article.html.php.php", 255, Array(7))
AIN_Error::errorHandler(8, "Trying to access array offset on value of type bool", "file/cache/template/frontend_qaynar_module_qaynar_template_controller_article.html.php.php", 255, Array(7))
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər