Bağdadın Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən Viktoriya aviabazası mayın 23-ü, axşam satlarında hücuma məruz qalıb.
Qaynarinfo bu barədə "Əl-ərəbiyə” saytının yayımladığı məlumata əsasən xəbər
verir.
"Əl-ərəbiyyə"nin müxbirinin sözlərinə görə, Bağdad hava limanında hucum nəticəsində xəbərdarlıq siqnallari işə düşüb, hava limanında HHM sistemi aktiv olub və hücuma reaksiya verib.
Daha əvvəl Viktoria bazası pilotsuz uçan aparatların hücumlarına məruz qalmışdı.
Qeyd edilir ki, bazaya İŞİD-lə mübarizə aparan beynəlxalq qüvvələr, o cümlədən, ABŞ qüvvələri yerləşir. Bazada İraq ordusunun qoşunları da yer alır.
Son aylarda İraqda pilotsuz təyyarələrin ABŞ və onun mütəfiqi sayılan qoşunların yerləşdirildiyi bazalara hücum halları artıb.
Birləşmiş Ştatlar İran qüvvələrini bu hücumları törətməkdə ittiham edir.
M.Arif
Şərhlər