Xəbər lenti

Bağdadda qanlı qarşıdırmalar davam edir: İran İraqla bütün sərhədlərini bağladı
Dünya 10:48 30.08.2022

Bağdadda qanlı qarşıdırmalar davam edir: İran İraqla bütün sərhədlərini bağladı

İranın Daxili İşlər Nazirliyi İraqdakı kritik vəziyyətdən sonra İranın bu ölkə ilə bütün quru sərhədlərinin bağlandığını açıqlayıb.

Qaynarinfo bu barədə Əl-Ərəbiyyə-yə  istinadən xəbər verir.

Həmçinin, növbəti xəbərdarlığa qədər İrandan İraq şəhərlərinə bütün uçuşlar təxirə salınıb.

İran Daxili İşlər Nazirliyi İran vətəndaşlarından İraqa daxil olmağı qadağan edib, İraq da iranlılardan tez bir zamanda ölkəni tərk etmələrini istəyib.

Qeyd edilir ki, İraqda nüfuzlu şiə din xadimi Müqtəda Sədr İranın müdaxiləsinə etiraz etdiyi üçün siyasətdən getdikdən sonra onu dəstəkləyən qruplar iranpərəst şiə qruplaşması ilə qanlı silahlı qarşıdurmalara başlayıb.

Məlumatlara görə, Bağdad, Bəsrə, Kərbəla, Nəcəf, Kazmin və Samirra şəhərlərində atmosfer gərgindir.

Həmçinin ötən gecə Bağdadın Yaşıl Zonasında dörd partlayışın baş verdiyi, eləcə də İrana yaxın siyasətçi Nuri əl-Malikinin rəhbərlik etdiyi Hizb əd-Dəvə ofisinin yandırılması ilə bağlı xəbərlər də yayılıb.

Fransa 24 xəbər agentliyi təkcə Bağdaddakı son etirazlarda ən azı on beş iraqlının öldürüldüyünü bildirib.

Son məlumatlara görə, ölkə ordusunun tətbiq etdiyi komendant saatına baxmayaraq, Bağdadın Yaşıl zolağında və prezident sarayının ətrafında gecə saatlarına qədər silahlı qarşıdurmalar davam edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->