XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakı metrosunda HADİSƏ: Qadın qatar yoluna düşdü
Ölkə20:28 28.08.2026

Bakı metrosunda HADİSƏ: Qadın qatar yoluna düşdü

Bu gün saat 18:40 radələrində "Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Report"a"Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb.

Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.