Xəbər lenti

Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı
Ölkə18:49 28.08.2026

Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 25-də Qusar Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Eldar Hacıbalayev icra başçısı Sahir Məmmədxanovun əmri ilə vəzifəsindən azad edilib.

Qaynarinfo Bizim.Media-ya istinadən xəbər verir ki, Eldar Hacıbalayevdən sonra onun həyat yoldaşı – Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Mədəniyyət Sektorunun müdiri Elvira Hacıbalayeva da vəzifəsini itirib.

Elvira Hacıbalayeva vəzifəsindən azad olunması üçün özü ərizə ilə müraciət edib.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsindən Elvira Hacıbalayevanın öz ərizəsi ilə vəzifəsindən azad olunduğu təsdiqlənib.

Məlumata görə, o, ötən gün kollektivlə vidalaşıb.