XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Voleybolçularımız qrupun son oyununda məğlub oldular
İdman21:12 28.08.2026

Voleybolçularımız qrupun son oyununda məğlub oldular

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderland seçməsi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.
Azərbaycan millisi 8 xalla qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazanıb.
Xatırladaq ki, daha əvvəl Portuqaliya, Serbiya və Rumıniyanı məğlub edən yığma Belçikaya uduzub.