XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ABŞ şirkətləri siyasətə rekord həcmdə pul ianə edib
Dünya18:25 28.08.2026

ABŞ şirkətləri siyasətə rekord həcmdə pul ianə edib

"Public Citizen" ictimai təşkilatının məlumatına görə, bu il ABŞ korporasiyalarının siyasi ianələrinin həcmi rekord həddə çataraq 646 milyon dollar təşkil edib.

Qaynarinfo xəbər verir ki, vəsait noyabrın 3-də keçiriləcək ABŞ Nümayəndələr Palatasına seçkilər çərçivəsində aparılan kampaniyaya ayrılıb.

Hazırda toplanan məbləğ 2024-cü il prezident seçkiləri zamanı qeydə alınmış əvvəlki rekordu 40% üstələyib. Həmin seçkilərdə korporasiyalar siyasətçilərə 461 milyon dollar ianə etmişdi.

Hazırda siyasi məqsədlər üçün ən çox vəsait kriptovalyuta şirkətləri, onlayn mərc platformaları və texnologiya şirkətləri tərəfindən ayrılır. Bu üç sektorun korporasiyaları birlikdə ümumi məbləğin yarısından çoxunu – 344 milyon dolları təmin edib.

Siyasi ianələrin həcminə görə kriptovalyuta şirkətləri 206 milyon dollarla birinci yerdədir. Onlayn mərc şirkətləri 76 milyon dollar, texnologiya korporasiyaları isə 62 milyon dollar vəsait ayırıb.

Digər sektorlar arasında "Koch Inc" xüsusilə seçilir. Neft emalı və neft-kimya sənayesi, gübrə və elektronika, eləcə də avtomobil sənayesi üçün komponentlərin istehsalı ilə məşğul olan şirkət proqram təminatı hazırlayır, həmçinin nəqliyyat və logistika xidmətləri göstərir.

"Public Citizen"in hesablamalarına görə, ənənəvi olaraq Respublikaçılar Partiyasını dəstəkləyən "Koch Inc" bu il siyasi məqsədlər üçün 20 milyon dollar ianə edib.

Aydın