XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ev satmaq adı ilə 23 min manatlıq dələduzluq
Ölkə18:37 28.08.2026

Ev satmaq adı ilə 23 min manatlıq dələduzluq

Bakıda ev satmaq adı ilə dələduzluq edən şəxs tutulub.

Qaynarinfo xəbər verir ki, Binəqədi rayonunda dələduzluq etməkdə şübhəli bilinən 42 yaşlı X.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs özünü əmlakçı kimi təqdim edərək zərərçəkənin etibarından sui-istifadə edib və onun 23 min manata yaxın məbləğdə pul vəsaitini ələ keçirib.

Faktla bağlı araşdırma davam etdirilir.