Xəbər lenti

Bakı metrosunda problem yarandı - VİDEO
Ölkə08:22 16.06.2015

Bakı metrosunda problem yarandı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 08:30-da metroda problem yaşanıb. 
ANS TV-nin məlumatına görə, “Həzi Aslanov” “İçərişəhər” istiqamətində hərəkət edən qatarlardan birinin vaqonunda nasazlıq yaranıb. 
Metropolitenini mətbuat xidəmtinin rəhbəri Nəsimi Paşayev bildirib ki, problem dərhal aradan qaldırılıb. Sərnişinlər “Nəriman Nərimanov” stansiyasında düşürdülüb və vaqon depoya göndərilib. Əlavə yeni vaqon gətirilib və problem dərhal həll olunub.
Nəsimi Paşayaev onu da qeyd etdi ki, metroda heç bir sıxlıq yaranmayıb. Qatarlar arasında isə vaxt itkisi olmayıb. Sərnişinlər rahat mənzil başına çatıblar.
Qaynar.info