Ekonomiks 14:52 13.02.2024

Bakıda 2040-cı ilədək hansı evlər plana düşəcək, əhaliyə kompensasiya veriləcək?

"Bakının Baş Planında söküntüsü nəzərdə tutulan (2040-cı ilədək-red.) ərazilər daha çox şəhər mərkəzi və mərkəzə yaxın olan ərazilərdə ötən əsrin əvvəlləri və ortalarında inşa olunmuş yaşayış massivləri ilə bağlıdır”.

Bunu BAKU.WS-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, bu ərazilərin sökülməsi halında atılacaq addımlar Baş Planın icraası zamanı məlum olacaq:

"Hansı ərazilərdə ki, konseptual olaraq yanaşmaya uyğun şəhərsalma imkanları var, buna mütləq baxılacaq. Həmin ərazilərdən köçürülən insanların bir hissəsi orada inşa ediləcək binalara yerləşdiriləcək. Bina tikintisi nəzərdə tutulmayan və infrastruktur layihələrinin icraası planlaşdıran ərazilər üzrə evləri sökülən sakinlərə kompensasiya veriləcək və ya başqa yerlərə köçürüləcək”.