Bakıda sərnişin avtobusları yanıb. Qaynar.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Suraxanı rayonunda qarajın ərazisində baş verib.
Qarajda istifadəyə yararsız 6 ədəd "İSUZU" markalı avtobus yanıb.
Digər avtobuslar vaxtında yanğından mühafizə olunub. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisənin səbəbi araşdırılır.
Qaynar.info