Xəbər lenti

Bakıda bu yol bağlanacaq
Ölkə20:06 20.02.2015

Bakıda bu yol bağlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda Heydər Əliyev prospektində köməkçi yol bağlanır. 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS-ə verilən məlumata görə, Bağırov körpüsünün alt hissəsində tuneldə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar fevralın 21-i səhər saat 09:00-dan Heydər Əliyev prospekti köməkçi yol - Mərkəzdən Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
 

İşlərin başa çatması fevralın 21-i axşam saatlarında kimi nəzərdə tutulub. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.

Qaynar.info