
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin Cinayət AxtarışŞöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyattədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinərək yaxalanan Bakışəhər sakinləri Ramiz Əliyevdən 0,203, Sani Samyılovdan isə 0,225 qramheroin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, R.Əliyev fevralın 10-da 36 saylıxətt avtobusunda Gülüstan Quliyevanın cibindən 950 manat, martın 10-daSarayevo küçəsində yerləşən mağazada Aidə Məhərrəmovanın əl çantasındaniçərisində 271 manat və bankomat kartı olan pul kisəsini götürərək qarətedib.
Bundan başqa, o, S.Samyılovla birlikdə ötən il noyabrın 10-da 51saylı xətt avtobusunda Rəqsanə Əliyevanın cibindən mobil telefonunu,dekabrın 30-da 11 saylı xətt avtobusunda Afət Quliyevanın içərisindəpul, şəxsiyyət vəsiqəsi, iki ədəd bankomat kartı olan pul kisəsini,dekabrın 7-də 44 saylı xətt avtobusunda Kəmalə Rüstəmovanın içərisində500 manat və sənədlər olan pul kisəsini, bu il fevralın 26-da 51 saylıxətt avtobusunda Günel Mahmudovanın əl çantasından, içərisində 170 manatvə sənədlər olan pul kisəsini, aprelin 8-də isə 11 saylı xəttavtobusunda Sevil Məmmədovaya məxsus pul kisəsini oğurlayıblar.
Qaynar.info