Xəbər lenti

Bakıda daha bir məktəbli itkin düşüb
Ölkə07:45 08.10.2013

Bakıda daha bir məktəbli itkin düşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda daha bir məktəbli itkin düşüb.

Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, A.Ələsgərov küçəsində yaşayan 1997-ci il təvəllüdlü Abdullayev Abdulla Mehdi oğlu dünən səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Lent.Az-ın məlumatına görə, yeniyetmənin valideynləri A.Abdullayevin itkin düşməsi ilə bağlı 34-cü Polis Bölməsinə müraciət edib.

Qeyd edək ki, son günlərdə Bakıda məktəblilərin itkin düşməsi hadisələrinin sayı artıb. Bir neçə gün əvvəl Xətai rayon sakini 2002-ci il təvəllüdlü Murad Babayev və Suraxanı rayon sakini 2000-ci il təvəllüdlü Səkinə Əbdürrəhmanovanın da itkin düşməsi barədə polisə məlumat daxil olub.

Hər bir faktla bağlı araşdırma aparılır.

Qaynar.info