Bakının Nəsimi rayonu, S.Rəhimov küçəsi, 185 ünvanında yerləşən "Diplomat” otelinin müştərisi xadimə və işçiləri söydüyünə görə həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə 27 sentyabr 2023-cü il tarixdə, saat 14:00 radələrində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Rəfail Həmzəyev (soyad şərti) bir neçə dəfə qaldığı "Diplomat” otelə getmiş və bir gecəlik otaq sifariş edib. Saat 12:00-da oradan çıxmalı olsa da, çox yorğun olduğundan yatıb qalıb. Otel adminstratoru onun qaldığı otağa dəfələrlə zəng etsə də, zəngləri eşitməyib, xadimə qapını təpiklə vurduqdan sonra oyanıb. Bundan sonra otelin adminstratoru ona yenidən zəng edərək "sən 12-də oteldən çıxmalı idin, artıq qaldığın vaxta görə mən öz cibimdən ödəniş etməliyəm?” deyib və onunla sərt formada danışıb. Rafail Həmzəyev isə yatıb qaldığını, nə qədər ödəniş lazımdırsa, ödəyəcəyini bildirib. Otaqdan çıxandan sonra adminstrator xanıma əsəbi olduğundan "necə eşşək adamsız” deyib, onunla sərt formada danışıb.
Bu zaman xanım adminstrator DİN-nin "102” xidmətinə şiakyət edib.
Daha sonra Rəfail Həmzəyev heç nə olmamış kimi otellə eyni həyətdə yerləşən kafedə oturub, kofe sifariş edib. Hadisə yerinə gələn polis əməkdaşlarına kofe sifariş içməyi təklif edib və onu polis şöbəsinə aparıblar. Rafail Həmzəyev şöbəyə aparılan zaman polisə müqavimət göstərib.
Barəsində protokol tərtib edilərək məhkəməyə göndərilən Rəfail Həmzəyev hakimdən ədalətli qərar qəbul edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Rəfail Həmzəyev İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 20 gün müddətinə inzibati həbs tətbiq edilib.
Əhməd
Şərhlər