Xəbər lenti

Bakıda iki maşın toqquşdu: “Gelandewagen” aşdı
Ölkə15:26 20.05.2022

Bakıda iki maşın toqquşdu: “Gelandewagen” aşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Yusif Səfərov küçəsindən Neftçilər prospekti istiqamətindəki yolda qeydə alınıb.
Belə ki, "Opel” markalı avtomobil "Mercedes Gelandewagen” markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes Gelandewagen” aşıb.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, hadisə yerinə yol polisinin əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən götürülüb.