Ölkə 15:15 04.01.2024

Bakıda kirayəçi qadınlar oğurluq etdi: Ev sahibinin toy paltarını da apardılar...

Bakıda kirayədə qaldığı evin əşyalarını oğurlayan qadınlara hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1985-ci təvəllüdlü Günel Cəfərova (soyad şərti) və 1995-ci il təvəllüdlü Aygün Səfərova (soyad şərti Mingəçevirdən Bakıya işləmək üçün gəliblər. Onlar Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi, 7A ünvanında mənzil kirayə tutaraq qalıblar. Qadınlardan biri paytaxdakı restoranların birində qabyuyan, digəri xadimə kimi çalışmağa balşayıb. 

Kirayə mənzili isə Bakıda avtomobil ustası işləyən və qadınların biri ilə qeyri-rəsmi nigahda yaşayan Namiq adlı şəxs tutub. Ev sahibi 5 otaqlı evin 3 otağını onlara kirayə verib, digər 2 otağına əşyalarını yığaraq qapısını bağlayıb. 

Aygün bağlı otağın qapısını saç üçün istifadə etdiyi sancaqla açaraq qiymətli geyimlər görüb. Günel və Aygün taksi tutaraq həmin qiymətli geyimləri - bi şuba, iki yataq örtüyü, 250 manat dəyəri olan bir dəst hamam xalat dəsti, "Merbi" brendindən toy paltarı, 100 ABŞ dolları dəyəri olan uşaq jiletkası, ümumi dəyəri 2000 manat olan müxtəlif paltarlar, "ZARA" berendinə məxsus plaş, "Karaca" markalı qab-qacaq və qiyməti 10 min manatdan çox olan digər əşyaları oğrulayıblar. Onlar oğurladıqları əşyaları taksi ilə Mingəçevirə göndəriblər. 

Ev sahibi həyat yoldaşı İlçin ilə birlikdə mənzildə olan əşyalara baxan zaman ona və övladlarına məxsus əşyaların yerində olmadığını görüb və DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verib. Polisə zəng vurduqdan sonra Aygün və Günel əşyaları oğurlayaraq, rayona göndərdiklərini və tez bir zamanda gətirib qaytaracaqlarını deyiblər. 

Məhkəmənin hökmü ilə Aygün və Günel Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və hər ikisi 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Əhməd