Xəbər lenti

Bakıda kütləvi dava: Bıçaqlananlar var
Ölkə05:18 05.04.2017

Bakıda kütləvi dava: Bıçaqlananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qanlı hadisə Nəsimi rayonunda baş verib

Bakının Nəsimi rayonu ərazisində 2 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava baş verib. İstiPress-in "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Cavadxan küçəsi, bina 23a-nın qarşısında qeydə alınıb.

Belə ki, 4 nəfər arasında düşən əlbəyaxa dava sonda 2001-ci il təvəllüdlü Qəhrəmanlı Əli Namiq oğlu və 2000-ci il təvəllüdlü Salayev İsmayıl Seymur oğlunun bıçaqlanması ilə nəticələnib. Zərərçəkənlər bədənlərinin müxtəlif nahiyələrindən aldıqları bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlanılıb.

Qaynar.Az