Yanıq xəsarətləri alan ev sahibi xəstəxanaya yerləşdirilib
Bu gecə saat 01:00 radələrində Bakının Sabunçu rayonu Ramana qəsəbəsində evdə qaz qızdırıcısı partlayıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rahim Quliyevin evinin hamam otağında qaz qızdırıcısı partlayıb. Yanıq xəsarəti alan R.Quliyev xəstəxanaya yerləşdirilb.